"Real"dan Marko Asensio üçün 700 milyon avro


İdman 16 Fev 2018 14:06:00 289 0

"Real"dan Marko Asensio üçün 700 milyon avro

"Real Madrid"in prezidenti Florentino Perez Marko Asensionun oyununu çox bəyənir. Goal.az xəbər verir ki, Perez ingilis klublarının maraq göstərdiyi 22 yaşlı havbekə 700 milyon avro qiymət qoyub. "Mundo Deportivo"nun iddiasına görə ötən yay Premyer Liqa təmsilçilərindən biri Asensioya görə 150 milyon avroluq təklif göndərib. Amma nə baş məşqçi Zinəddin Zidan, nə də klub prezidenti buna ciddi yanaşmayıb. Gənc havbeklə "Tottenham" və "Chelsea" maraqlanır. Asensio üçün qoyulan astronomik qiymət potensial alıcıları fikrindən daşındırmağa yönəldilib.