BP "Şahdəniz 2" layihəsi üzrə görülən işləri açıqlayıb


Digərləri 16 Fev 2018 13:53:00 347 0

BP "Şahdəniz 2" layihəsi üzrə görülən işləri açıqlayıb

2017-ci il "Şahdəniz 2" və Cənubi Qafqaz boru kəmərinin genişləndirilməsi layihələri üçün çox uğurlu olub.

Son.az xəbər verir ki, "BP Azerbaijan" şirkətindən Trend-ə verilən məlumata görə, hər iki layihə üzrə çox mühüm tikinti, istismar sınaqları və təhvil vermə işləri görülüb və bu işlər üçün 45 milyon təhlükəsiz adam/iş saatı sərf edilib. Hazırda bu layihələr 2018-ci ildə ilk qazın əldə edilməsi qrafikinin istirmara verilmə mərhələsinə daxil olmaqdadır.

"Şahdəniz 2" layihəsi üzrə ilk qazın əldə olunması üçün lazım olan iş həcmi mühəndis-layihə işləri, təchizat, tikinti və istismar sınaqları da daxil olmaqla, artıq 99% tamamlanıb.

Sentyabrın 6-da Xəzər dənizinin yeni flaqman gəmisi olan "Xankəndi" istismara verilib. Ən son texniki nailiyyətləri özündə birləşdirən bu sualtı tikinti gəmisi məxsusi olaraq "Şahdəniz 2" layihəsi çərçivəsində Xəzər dənizində ən böyük sualtı hasilat sistemini quraşdırmaq üçün layihələndirilib və inşa edilib. 378 milyon ABŞ dolları dəyərində olan bu yeni gəminin Bakıda keçirilmiş rəsmi açılış mərasimində Azərbaycan Prezidenti İlham Əliyev iştirak edib. Xankəndi gəmisi artıq dənizdə "Şahdəniz" yatağı ərazisindədir və orada sualtı quraşdırma və tikinti işlərini həyata keçirir.

2017-ci ildə "Şahdəniz 2" platformalarının hər ikisinin üst modullarının tikintisi başa çatdırılıb. Bu qurğular təhlükəsiz şəkildə yola salınıb və dənizdə quraşdırılıb, hazırda istismar sınaqları davam edir.