Bakıda tapança ilə gəzən daha bir şəxs tutulub FOTO


Kriminal 16 Fev 2018 13:48:00 298 0

Bakıda tapança ilə gəzən daha bir şəxs tutulub  FOTO

Çoxları kimi guya o da silahı yerdən tapıb.

DİN-dən Son.az-a verilən məlumata görə, Sabunçu Rayon Polis İdarəsi 13-cü Polis Bölməsinə Bakıxanov qəsəbəsi ərazisində Anar adlı şəxsin üzərində qanunsuz olaraq odlu silah-sursat saxlaması barədə məlumat daxil olub.

Bölmə əməkdaşlarının həyata keçirdikləri təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində həmin şəxs - Bakı şəhər sakini Anar Əliyev saxlanılıb. Bölmədə hal şahidlərinin iştirakı ilə onun üzərinə baxış keçirilən zaman içərisində 3 ədəd patron olan "Makarov" markalı tapança aşkar olunaraq götürülüb. Saxlanılan şəxs ifadəsində odlu silahı bir müddət əvvəl yaşadığı Maştağa qəsəbəsində tapdığını və həmin gündən bəri üzərində gəzdirdiyini bildirib.


Xəbərə aid fotolar