Andres İniestaya Çindən təklif var


İdman 16 Fev 2018 13:43:00 299 0

Andres İniestaya Çindən təklif var

"Barcelona"nın yarımmüdafiəçisi Andres İniesta Çinin "Tianjin Quanjan" klubunun maraq dairəsinə düşüb. Goal.az xəbər verir ki, təcrübəli futbolçuya illik 35 milyon avro məvacib təklif olunur. "Sport" nəşri İniestanın bu təklifi nəzərdən keçirəcəyini yazır. 33 yaşlı havbek oktyabrda "Barcelona" ilə ömürlük müqavilə imzalamışdı. Anlaşmada onun buraxılış qiyməti də göstərilib.

"Tianjin Quanjan"ın baş məşqçisi 2006-cı ilin dünya çempionu Fabio Kannavarodur. Bu komandada Aksel Vitsel, Aleşandre Pato və Antoni Modest kimi futbolçular da oynayır.