Qida Təhlükəsizliyi Agentliyində şöbə müdiri vəzifələrinə təyinatlar olub - SİYAHI


Sosial 16 Fev 2018 12:51:23 313 0

Qida Təhlükəsizliyi Agentliyində şöbə müdiri vəzifələrinə təyinatlar olub - SİYAHI

Şöbələrdən birinin müdir postu vakantdır

Qida Təhlükəsizliyi Agentliyində şöbə müdiri vəzifələrinə təyinatlar olub.

Bu barədə “Report”un sorğusuna cavab olaraq Agentliyin Kommunikasiya və İnformasiya Texnologiyaları şöbəsindən bildirilib.

Qeyd olunub ki, Balarəhim Quliyev Təftiş və dövlət nəzarəti şöbəsinə, Xalid Bayramlı Risklərin idarə olunması şöbəsinə, Rauf Məmmədov İnsan Resursları şöbəsinə, Natiq Kərimov Maliyyə və təsərrüfat şöbəsinə müdir təyin olunub.

Aynur Kərimova Kommunikasiya və İnformasiya Texnologiyaları şöbəsinin müdiri, Nübar Hüseynli isə Sertfikatlaşdırma və qeydiyyat şöbəsinin müdiri vəzifəsini icra edir.

Agentliyin Hüquq şöbəsinə isə hələ təyinat olmayıb.