"Bayıl sürüşmə sahəsindən köçürülən ailələrə kirayə pulu veriləcək"


Digərləri 16 Fev 2018 12:54:00 258 0

"Bayıl sürüşmə sahəsindən köçürülən ailələrə kirayə pulu veriləcək"

Bayıl yamacındakı sürüşmə sahəsində yaranan ekstremal vəziyyətlə əlaqədar əhalinin mənafeyi nəzərə alınaraq, baş nazir Artur Rasizadə fevralın 13-də sakinlərə kirayə pulunun verilməsi barədə sərəncam imzalayıb.

Son.az xəbər verir ki, bunu APA-ya açıqlamasında Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri Akif Əli bildirib.

Sərəncama əsasən, ərazidən köçürülən 98 ailəyə ilkin olaraq müvəqqəti aylıq kirayə haqqı ödəniləcək.