Zəvvarlara ziyarət zamanı Məkkəni tərk etmək qadağan olunub


Digərləri 16 Fev 2018 12:45:00 214 0

Zəvvarlara ziyarət zamanı Məkkəni tərk etmək qadağan olunub

Azərbaycandan bu il Həcc ziyarətinə yollanacaq zəvvarlara ziyarət zamanı qrafikdən, xüsusilə Məkkədən kənara çıxmaq yasaqlanıb.

Son.az APA-ya istinadən xəbər verir ki, bu, zəvvarlarla ziyarət barədə imzalanan müqavilədə əks olunub.

Şərtlərə görə zəvvar qrafikdən, o cümlədən Məkkə şəhərindən kənara çıxmamalıdır. Əks halda kəffarə ödəməli olacaqlar. O da müqavilədə bildirilir ki, zəvvarın qanuna zidd əməlinə görə təşkilatçı (Qafqaz Müsəlmanları İdarəsi (QMİ) məsuliyyət daşımır.