Azərbaycanda qaz hasilatı azalıb


Digərləri 16 Fev 2018 12:47:10 219 0

Azərbaycanda qaz hasilatı azalıb

Azərbaycanda qaz hasilatı azalıb.

Bakı. 2017-ci il ərzində "Şahdəniz" yatağından Azərbaycan (SOCAR-a), Gürcüstan (GOGC şirkətinə), Türkiyə (BOTAŞ şirkətinə) bazarlarına və çoxsaylı obyektlər üçün BTC şirkətinə qaz çatdırılması davam edib. "BP Azerbaijan" şirkətindən Trend-ə verilən məlumata görə, il ərzində yataqdan 10,2 milyard standart kubmetr qaz və 2,4 milyon ton (təqribən 19 milyon barel) kondensat hasil edilib. 2016-cı ildə bu göstərici müvafiq olaraq 10,7 milyard kubmetr qaz və 2,5 milyon ton kondensat olub. Mövcud "Şahdəniz" qurğularının hasilat gücü hazırda gündə 30 milyon (ildə təqribən 10,9 milyard) standart kubmetrdir. 2017-ci il ərzində "Şahdəniz" üzrə fəaliyyətlərə təqribən 451 milyon dollar əməliyyat xərcləri və təqribən 2,88 milyard dollar əsaslı xərclər çəkilib. Əsaslı xərclərin böyük əksəriyyəti "Şahdəniz 2" layihəsinə aiddir.