"Həmişə sürdüyüm maşındır" Sərxoş olub qonşusunun maşınını oğurladı VİDEO FOTO


Kriminal 16 Fev 2018 12:35:00 265 0

"Həmişə sürdüyüm maşındır"  Sərxoş olub qonşusunun maşınını oğurladı  VİDEO  FOTO

Bakı sakini oğurladığı avtomobillə Şirvanda yaxalanıb.

Son.az ARB TV-yə istinadən xəbər verir ki, paytaxt sakini Elməddin Ağalarov Daxili İşlər Nazirliyinin 102 Zəng Mərkəzinə "VAZ-2106" markalı avtomobilinin qaçırıldığı barədə müraciət edib. Müraciət aidiyyəti üzrə Xətai Rayon Polis İdarəsinin 35-ci Polis Bölməsinə göndərilib. Aparılan əməliyyat-axtarış tədbirləri nəticəsində həmin avtomobilin Şirvan şəhəri ərazisində olduğu müəyyən edilib. Şirvan ŞPŞ-nin əməkdaşlarının keçirdiyi təxirəsalınmaz tədbirlər nəticəsində həmin avtomobil sürücü ilə birlikdə saxlanılaraq şöbəyə gətirilib. Ətrafında aparılan araşdırmalar nəticəsində avtomobili qaçırmaqda şübhəli bilinən şəxsin paytaxtın Xətai rayon sakini, 31 yaşlı Samir Məhərrəmov olduğu müəyyən edilib. Onun Elməddin Ağalarovun qonşusu olduğu üzə çıxıb. Samir Məhərrəmov (saxlanılan şəxs): "İçkili olmuşam. Həmişə götürüb sürdüyüm maşındır. Özündən də istəsəm, bu dəqiqə verərdi". Faktla bağlı araşdırma aparılır.


Xəbərə aid fotolar