"Təəssüf ki, şəkərli diabet uşaqlar arasında teztez aşkarlanır"


Digərləri 16 Fev 2018 12:40:00 256 0

"Təəssüf ki, şəkərli diabet uşaqlar arasında teztez aşkarlanır"

XX və XXI əsrlərin problemi olan şəkərli diabet təəssüf ki, Azərbaycanda uşaqlar arasında tez-tez aşkarlanır.

Son.az Trend-ə istinadən xəbər verir ki, bunu Azərbaycan Milli Elmlər Akademiyası və Səhiyyə Nazirliyinin birgə elmi sessiyasında "Əhalinin sağlamlığının qorunması sahəsində tibb elminin müasir nailiyyətləri" mövzusunda çıxış edən Azərbaycan Tibb Universitetinin (ATU) rektoru, professor Gəray Gəraybəyli deyib.

ATU-da bu istiqamətdə tədqiqat işlərinin aparıldığını deyən rektor qeyd edib ki, şəkərli diabet olan uşaqlarda molekulyar-genetik müayinələr aparılmaqla diabetə meyilli olan ailələr aşkarlanıb: "Bu da gələcəkdə şəkərli diabet xəstəliyi ilə bağlı proqnoz vermək baxımından çox əhəmiyyətlidir".

Onun sözlərinə görə, Azərbaycanda uşaqlarda rast gəlinən xəstəliklər arasında böyrək patologiyaları da xüsusi yer tutur.