"Maliyyə tutumlu tibbi avadanlıqlar olsa da, onlardan tam istifadə edilmir"


Digərləri 16 Fev 2018 12:13:00 377 0

"Maliyyə tutumlu tibbi avadanlıqlar olsa da, onlardan tam istifadə edilmir"

Azərbaycan alimləri beynəlxalq qrantlardan tam istifadə edə bilmirlər.

Son.az Trend-ə istinadən xəbər verir ki, bunu Azərbaycan Milli Elmlər Akademiyasının Ümumi yığıncağı və Səhiyyə Nazirliyinin Kollegiyasının birgə elmi sessiyasında "Azərbaycanda tibb elminin inkişafı, prioritetləri və innovativ perspektivləri" məruzəsi ilə çıxış edən AMEA Biologiya və Tibb Elmləri Bölməsinin akademik-katibi, akademik Əhliman Əmiraslanov deyib.

Onun sözlərinə görə, bu gün elmi tədqiqatların yüksək səviyyədə aparılması üçün resurslar, maliyyə tutumlu tibbi avadanlıqlar olsa da, onlardan tam istifadə edilmir: "Bu gün elm sahəsində multidissiplinar tədqiqatlar aparılmalıdır. Konkret problemlərin həllinə yönəlmiş multidissiplinar tədqiqat qrupları yaradılmlıdır".

Ə.Əmiraslanov bildirib ki, Azərbaycanda prenatal dövrdə həmçinin yetkin fərdlərdə defekt genlərin diaqnostikasının aparılması istiqamətində tədqiqatların aparılması planlaşdırılır. Bu sahədə AMEA-nın gənc kadrları ABŞ və Cində hazırlanır.