"Azəri-Çıraq-Günəşli"də 215 milyon barel neft hasil olunub


Digərləri 16 Fev 2018 12:13:00 264 0

"Azəri-Çıraq-Günəşli"də 215 milyon barel neft hasil olunub

2017-ci ildə "Azəri-Çıraq-Günəşli" (AÇG) neft-qaz yataqları blokunda 215 milyon barel neft hasil olunub.

Bakı. 2017-ci ildə "Azəri-Çıraq-Günəşli" (AÇG) neft-qaz yataqları blokunda 215 milyon barel neft hasil olunub. Bu barədə Trend-ə "BP Azerbaijan" şirkətindən məlumat verilib. 2017-ci ildə AÇG-dən stabil hasilat təhlükəsiz və etibarlı şəkildə davam edib. İl üçün AÇG-dən ümumi hasilat – Çıraq (51 000), Mərkəzi Azəri (137 000), Qərbi Azəri (124 000), Şərqi Azəri (82 000), Dərinsulu Günəşli (117 000) və Qərbi Çıraq (77 000) platformalarından birlikdə – gündə orta hesabla 588 000 barel və ya ümumilikdə təqribən 215 milyon barel, yəni 29 milyon ton olub. İlin sonunda AÇG-də ümumilikdə 115 neft hasilat quyusu və 54 qaz və su injektor quyusu istismarda olub. İl ərzində AÇG-də 17 neft hasilat quyusu, 3 suvurma quyusu qazılmışdır. 2017-ci ildə AÇG-dən SOCAR-a əsasən Səngəçal terminalı, həmçinin “Neft Daşları”ndakı qurğu vasitəsilə gündə orta hesabla 7,9 milyon kubmetr, ümumilkdə isə 2,9 milyard kubmetr səmt qazı verilib. Hasil edilən səmt qazının qalan hissəsi təzyiqi saxlamaq məqsədilə yenidən kollektora vurulub.