Hollandiya uydurma “erməni soyqırımı”nı tanımağa hazırlaşır


Dünya 16 Fev 2018 12:04:00 279 0

Hollandiya uydurma “erməni soyqırımı”nı tanımağa hazırlaşır

Hollandiya parlamenti 1915-ci ildə Osmanlı İmperiyasında baş vermiş hadisələri "erməni soyqırımı" kimi tanımağa hazırlaşır.

Son.az APA-ya istinadən xəbər verir ki, koalisiya hökumətinin ortağı olan Xristian Birliyi Partiyası (CU) tərəfindən gündəmə gətirilən bu təklif digər 3 hökumət partiyası tərəfindən də dəstəklənir. CU millət vəkili Joel Voordevind Hollandiyanın NOS telekanalına açıqlamasında parlament çoxluğunun eyni mövqedə olduğunu açıqlayıb. Parlament hökumətə aprelin 24-də İrəvanda keçiriləcək "soyqırımı anma mərasimi"nə ilk dəfə nazir səviyyəsində təmsilçi göndərməyi də təklif edəcək.

Hələlik hökumət təklifə münasibət bildirməyib. Lakin Hollandiya mediası hökumətin təklifi qəbul edəcəyini xəbər verir.