Şəhid olan türk əsgərlərin yerini terrorçulara Amerika bildirib?


Dünya 16 Fev 2018 11:51:00 291 0

Şəhid olan türk əsgərlərin yerini terrorçulara Amerika bildirib?

"Zeytun budağı" əməliyyatı çərçivəsində 5 gün əvvəl Raco və Cinderas bölgəsindəki atışma zamanı helikopterin vurulması və 12 əsgərin həlak olması ilə bağlı yeni məlumatlar əldə olunub.

Son.az bildirir ki, "Hürriyet" qəzetinin yazarı Nuray Babacanın kəşfiyyat hesabatlarına istinadən məlumatına görə, Amerika əsgərlərin yeri və fəaliyyəti barədə məlumatı terrorçulara ötürüb.

İddialara görə, Kobani bölgəsindəki boş ərazi YPG-yə silah göndərmək məqsədi ilə hava limanına çevrilib. Buradakı 6 mərtəbəli binada Amerikalılar tərəfindən təqib mərkəzi qurulub. Binaya peyk vasitəsi ilə idarə olunan cihazlar yerləşdirilib.