Aİ səfiri: "ASAN və ABAD Azərbaycanın brendlərinə çevrilib"


Siyasət 16 Fev 2018 11:52:16 296 0

Aİ səfiri: "ASAN və ABAD Azərbaycanın brendlərinə çevrilib"

"Bu layihəni dəstəkləyirik, amma onun uğuru əsasən təyinatından və ideyasından asılıdır"

"ASAN və ABAD Azərbaycanın yeni simasını təmsil edir. Bu strukturlar bu gün ölkənin brendlərinə çevrilib".

"Report" xəbər verir ki, bunu Avropa İttifaqının (Aİ) Azərbaycandakı nümayəndəliyinin rəhbəri, səfir Kestudis Yankauskas deyib.

Səfir qeyd edib ki, Aİ bu layihənin təməlində dayandığına görə şaddır.

"Bu layihəni dəstəkləyirik, amma onun uğuru əsasən təyinatından və ideyasından asılıdır", - K.Yanskauskas bildirib.

Səfir bu cür layihələrin insanların xidmətlərə çıxışının daha asan olmasını təmin edərək inkişafına və nəticə qazandıracağına ümidvar olduğunu vurğulayıb.

O söyləyib ki, Aİ UNDP ilə birlikdə ABAD-ə dəstək verməyə davam edəcək.