Karasuda Qarabağ prospekti, parkı və abidəsi açılacaq


Digərləri 16 Fev 2018 11:54:00 250 0

Karasuda Qarabağ prospekti, parkı və abidəsi açılacaq

Türkiyənin Sakarya şəhərində səfərdə olan millət vəkili Qənirə Paşayeva Karasu bələdiyyə başçısı Mehmet İspiroğlu ilə görüşüb.

Bakı. Türkiyənin Sakarya şəhərində səfərdə olan Azərbaycanın millət vəkili Qənirə Paşayeva Karasu bələdiyyə başçısı Mehmet İspiroğlu ilə görüşüb. Trend-in məlumatına görə, millət vəkili Sona Əliyeva, Azərbaycan Dərnəkləri Federasiyasının (TADEF) rəhbəri Bilal Dündar, Sakarya təmsilçisi Aqil Bağırovun da iştirak etdiyi görüşdə Dağlıq Qarabağ problemi, Xocalı soyqırımı, qondarma "erməni soyqırımı" iddiaları ilə bağlı da fikir mübadiləsi aparılıb. Q.Paşayeva yaxın zamanlarda Karasuda mərkəzi parklardan birinə Qarabağ adının veriləcəyinə, abidənin qoyulacağına inandığını deyib, təkliflərlə çıxış edib və Karasu bələdiyyəsi tərəfindən bu cür addımın atılmasının böyük əhəmiyyətindən, vacibliyindən danışıb. Karasu bələdiyyə başçısı M.İspiroğlu Türkiyənin və Azərbaycanın bir millət, iki dövlət olduğunu vurğulayaraq Azərbaycanla bütün istiqamətlərdə əməkdaşlığın inkişafına xüsusi önəm və diqqət edəcəklərini deyib.