AMEA: Statistika göstərir ki, ulu babalarımız bizdən çox yaşamayıb


Digərləri 16 Fev 2018 11:23:00 329 0

AMEA: Statistika göstərir ki, ulu babalarımız bizdən çox yaşamayıb

Bu gün əhalidə belə fikir yaranıb ki, ulu babalarımız bizdən çox yaşayıb. Amma statistika bunun əksini göstərir.

Son.az Trend-ə istinadən xəbər verir ki, bunu Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Ümumi yığıncağı və Səhiyyə Nazirliyinin Kollegiyasının birgə elmi sessiyasında "Azərbaycanda tibb elminin inkişafı, prioritetləri və innovativ perspektivləri" məruzəsi ilə çıxış edən AMEA Biologiya və Tibb Elmləri Bölməsinin akademik-katibi, akademik Əhliman Əmiraslanov deyib.

Onun sözlərinə görə, Azərbaycanda insanların orta yaşı artıb. 1930-cu illərdə Azərbaycanda orta yaş 30,5 olub. Bu gün isə ölkədə orta yaş 75,2-ə çatıb.