Əhliman Əmiraslanov: Maliyyə tutumlu tibbi avadanlıqlar olsa da, onlardan tam istifadə edilmir


Digərləri 16 Fev 2018 11:13:00 228 0

Əhliman Əmiraslanov: Maliyyə tutumlu tibbi avadanlıqlar olsa da, onlardan tam istifadə edilmir

"Azərbaycan alimləri beynəlxalq qrantlardan tam istifadə edə bilmirlər".

Bakı. İlhamə İsabalayeva - "Azərbaycan alimləri beynəlxalq qrantlardan tam istifadə edə bilmirlər". Trend-in məlumatına görə, bunu Azərbaycan Milli Elmlər Akademiyasının Ümumi yığıncağı və Səhiyyə Nazirliyinin Kollegiyasının birgə elmi sessiyasında “Azərbaycanda tibb elminin inkişafı, prioritetləri və innovativ perspektivləri” məruzəsi ilə çıxış edən AMEA Biologiya və Tibb Elmləri Bölməsinin akademik-katibi, akademik Əhliman Əmiraslanov deyib. Onun sözlərinə görə, bu gün elmi tədqiqatların yüksək səviyyədə aparılması üçün resurslar, maliyyə tutumlu tibbi avadanlıqlar olsa da, onlardan tam is tifadə edilmir: "Bu gün elm sahəsində multidissiplinar tədqiqatlar aparılmalıdır. Konkret problemlərin həllinə yönəlmiş multidissiplinar tədqiqat qrupları yaradılmlıdır".