Dövlət qulluğuna qəbul üçün müsahibədə iştirak edən namizədlərin nəzərinə


Digərləri 16 Fev 2018 10:52:00 215 0

Dövlət qulluğuna qəbul üçün müsahibədə iştirak edən namizədlərin nəzərinə

Dövlət İmtahan Mərkəzi tərəfindən vakant inzibati vəzifələr üzrə dövlət qulluğuna qəbul üçün 11 yanvar 2018-ci il tarixində elan edilmiş müsabiqə üzrə müsahibədə qeydə alınmış namizədlərlə müsahibələrin keçirilmə qrafiki müəyyən edilib.

Bakı. İlhamə İsabalayeva - Dövlət İmtahan Mərkəzi tərəfindən vakant inzibati vəzifələr üzrə dövlət qulluğuna qəbul üçün 11 yanvar 2018-ci il tarixində elan edilmiş müsabiqə üzrə müsahibədə qeydə alınmış namizədlərlə müsahibələrin keçirilmə qrafiki* müəyyən edilib. Mərkəzdən Trend-ə verilən məlumata görə, namizədlərin iddia etdikləri vəzifələrin yerləşdiyi ünvana uyğun olaraq müsahibələrin Bakı şəhərində və regionlarda (Gəncə, Mingəçevir, Şirvan, Lənkəran, Göyçay, Quba və Şəki şəhərlərində) keçirilməsi nəzərdə tutulur. Müsahibələr Səhiyyə Nazirliyi, İqtisadiyyat Nazirliyi, Kənd Təsərrüfatı Nazirliyi, Təhsil Nazirliyi, Mədəniyyət və Turizm Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Gənclər və İdman Nazirliyi, Əmlak Məsələləri Dövlət Komitəsi, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, Dövlət Statistika Komitəsi, Azərbaycan Respublikasının Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi, Tarif Şurasının Katibliyi, Maliyyə Nazirliyi və məhkəmə orqanları üzrə elan edilmiş vakant vəzifələri əhatə etməklə 21 fevral 2018-ci il tarixində başlanılacaq və 16 mart 2018-ci il tarixinədək davam edəcək.