Türkiyənin ABŞdan TƏLƏBLƏRİ


Dünya 16 Fev 2018 10:42:00 258 0

Türkiyənin ABŞdan TƏLƏBLƏRİ

Ötən gün Ankarada Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla ABŞ-ın dövlət katibi Reks Tillersonun görüşündə Türkiyə tərəfi bir sıra tələblər irəli sürüb.

Son.az Trend-ə istinadən xəbər verir ki, rəsmi Ankara, ilk növbədə, Birləşmiş Ştatlardan YPG terrorçularına dəstəyi dərhal dayandırmağı tələb edib. Eyni zamanda, qeyd olunub ki, Vaşinqton Ankaranı regionda terrorizmlə mübarizədə əsas müttəfiq qismində qəbul etməli, həmçinin PKK terror təşkilatı ilə mübarizədə Türkiyəyə kömək etməlidir.

Bundan başqa, tərəflər Suriya və İraqdakı vəziyyəti müzakirə ediblər.