Azərbaycanda uzunömürlülər üzrə laboratoriya yaradıla bilər


Digərləri 16 Fev 2018 10:44:00 285 0

Azərbaycanda uzunömürlülər üzrə laboratoriya yaradıla bilər

Səhiyyə Nazirliyi ilə Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) birgə uzunömürlülər üzrə laboratoriya yaradıla bilər.

Son.az Trend-ə istinadən xəbər verir ki, bunu AMEA-nın Ümumi yığıncağı və Səhiyyə Nazirliyinin Kollegiyasının birgə elmi sessiyasında çıxış edən Akademiyanın prezidenti, akademik Akif Əlizadə deyib.

A.Əlizadə bildirib ki, bu gün Azərbaycanda uzunömürlü insanların sayı artıb: "Tibb elmi Akademiyada əsaslı şəkildə inkişaf edib, Azərbaycanda çox güclü tibb elmi məktəbləri yaradılıb".