AccessBank "Bağa bax ki, bağ olsun!" kampaniyasına start verir


Digərləri 16 Fev 2018 10:21:00 330 0

AccessBank "Bağa bax ki, bağ olsun!" kampaniyasına start verir

Bağa baxarsan bağ olar, baxmazsan dağ olar.

Bakı. Bağa baxarsan bağ olar, baxmazsan dağ olar. Bu atalar sözü əsrlərin sınağından keçib və təcrübədə də isbat olunub. Həqiqətən, kiçik bir bağ sahəsinə sahib olsanız belə, həmin bağa qulluq etmək hərdən çoxlu vaxt və fiziki güc tələb edir. Əvəzində siz sərf etdiyiniz əməyin bəhrəsini görəcəksiniz. Təbii ki, bunun üçün kifayət qədər maliyyə vəsaitiniz də olmalıdır. Daim kənd təsərrüfatının müxtəlif sahələrinə dəstək verən AccessBank bağçılıqla məşğul olan şəxslər üçün "Bağa bax ki, bağ olsun!" kredit kampaniyasına start verir. Bankdan Trend-ə verilən məlumata görə, kampaniya aprelin 30-dək davam edəcək.