Magistraturaya qəbul imtahanının I mərhələsi üzrə təkrar sınaq imtahanı keçiriləcək


Digərləri 16 Fev 2018 10:24:00 229 0

Magistraturaya qəbul imtahanının I mərhələsi üzrə təkrar sınaq imtahanı keçiriləcək

Magistraturaya qəbul imtahanının I mərhələsi üzrə təkrar sınaq imtahanı keçiriləcək.

Bakı. İlhamə İsabalayeva - Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən magistraturaya qəbul olmaq istəyən namizədlərin imtahana daha səmərəli hazırlaşmalarına kömək məqsədi ilə qəbul imtahanının birinci mərhələsi (məntiqi təfəkkür, informatika və xarici dil üzrə biliklərin qiymətləndirilməsi imtahanı) üzrə sınaq imtahanı keçiriləcək. Mərkəzdən Trend-ə verilən məlumata görə, elektron sınaq imtahanında iştirak etmək istəyənlər 17 fevral saat 09:00-dək DİM-in internet saytında qeydiyyatdan keçərək imtahana yazıla bilərlər. Sınaq imtahanı 17 fevral 2018-ci il tarixində DİM-in Nəsimi rayonu, A.Salamzadə küç., 28 ünvanında yerləşən binasında (Bakı Asiya Universitetinin binası) kompüter vasitəsilə elektron formada keçiriləcək və saat 10:00-da başlayacaq. Sualların cavablandırılmasına 2 saat 30 dəqiqə vaxt ayrılır.