Monteneqro Azərbaycandan qaz layihəsində iştirakla bağlı təkliflər gözləyir (ÖZƏL)


Digərləri 16 Fev 2018 10:26:30 258 0

Monteneqro Azərbaycandan qaz layihəsində iştirakla bağlı təkliflər gözləyir (ÖZƏL)

Monteneqro Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) qaz təchizatı sahəsində təcrübəsinə əsaslanır.

Bakı. Ləman Zeynalova - Monteneqro Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) qaz təchizatı sahəsində təcrübəsinə əsaslanır. Bu barədə Trend-ə müsahibəsində Monteneqronun iqtisadiyyat naziri xanım Draqitsa Sekuliç deyib. O bildirib ki, SOCAR-ın neft-qaz sahəsində təcrübəsi çox mühümdür: "Biz şirkətin təbii qaz təminatı ilə bağlı məsələlərdə tövsiyəsinə üstünlük veririk". D.Sekuliç qeyd edib ki, SOCAR-ın İoni-Adriatik boru kəməri (IAP) layihəsində (Azərbaycan qazının tranziti üçün) iştirak forması şirkətin özündən asılıdır və Monteneqro hökuməti, şübhəsiz ki, bütün təklifləri diqqətlə nəzərdən keçirəcək: "Azərbaycan Monteneqroda iri investor kimi rolunu artıq nümayiş etdirib və təsdiq edib. Gözləyirəm ki, bu, enegetika sektorunda öz əksini tapacaq və bizim onsuz da çox yaxşı səviyyədə olan iqtisadi münasibətlərimizi daha da möhkəmləndirəcək". Nazir əlavə edib: "Monteneqro hökuməti hesab edir ki, SOCAR-ın ölkənin qazlaşdırılmasında və IAP layihəsinin reallaşdırılmasında iştirakı ölkə üçün böyük əhəmiyyət kəsb edir". Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin