BANM və ASAN xidmət “1ci Karyera sərgisi”ni keçirir


Digərləri 16 Fev 2018 10:15:00 331 0

BANM və ASAN xidmət “1ci Karyera sərgisi”ni keçirir

Bakı Ali Neft Məktəbi (BANM) və ASAN xidmətin ASAN Könüllülük Məktəbinin birgə əməkdaşlığı çərçivəsində ilk dəfə olaraq "Karyera sərgisi" keçiriləcək.

Son.az xəbər verir ki, əsas məqsədi ölkədə gənclərin məşğulluğunu artırmaq və onların işlə təmin olunmasına yardım etmək olan sərgi ASAN Könüllülük Məktəbinin "ASAN kadr" karyera mərkəzi tərəfindən BANM-ın təşkilatı dəstəyilə həyata keçiriləcək.

Sərgi 2018-ci ilin 1 mart tarixində, saat 10:00-dan 17:00-dək BANM-ın kampusunda keçiriləcək. "Karyera sərgisi" bütün vətəndaşlar üçün açıqdır və hər kəs iştirak edə bilər. Sərgidə çoxlu sayda ölkənin aparıcı şirkətlərinin iştirak nəzərdə tutulub. Sərgidə iştirak edən gənclər müxtəlif şirkətlərlə tanış olacaq və həmin şirkətlərin insan resursları üzrə müxtəxəssislərilə ünsiyyət yarada biləcəklər. Şirkətlər də öz növbəsində müxtəlif iş və peşəkar təcrübə təkliflərilə sərgi iştirakçılarının görüşünə gələcək, özləri üçün potensial kadrlar seçmək imkanı əldə edəcəklər.