Danimarka şahzadəsi vəfat etdi VİDEO FOTO


Digərləri 16 Fev 2018 10:03:11 373 0

Danimarka şahzadəsi vəfat etdi  VİDEO  FOTO

Danimarka kraliçası 2-ci Marşretenin əri, 83 yaşlı şahzadə Henrik vəfat edib.

Son.az European-a istinadən bildirir ki, Danimarka kral sarayının yaydığı açıqlamada deyilir: "Əlahəzrət şahzadə Şenrik gecə saat 23.18-də, Fredensborq Sarayında yuxuda olarkən vəfat edib. Onun yanında kraliça və iki oğlu vardı".

Şahzadə Henrik iki həftə əvvəl Misirdə istirahətdə olarkən özünü pis hiss etmişdi. Tibbi müayinədən sonra Danimarkaya aparılan şahzadə Kopenhagendəki Kral Xəstəxanasında müalicə olunurdu. Müayinələr zamanı onun ağciyərlərində xoşxassəli şiş aşkarlanmışdı.

Onun xəstəliyinin səbəbinin ağciyər infeksiyası olduğu deyilirdi.

Fevralın 13-də xəstəxananı tərk edən şahzadə Fredensborq Sarayına aparılmışdı.

Şahzadə Henrik ötən il bəyan etmişdi ki, arvadının yanında dəfn olunmaq istəyir. Bundan başqa o, son vaxtlar jurnaistlərə deyirdi ki, saraydakı həyatından və titulundan narazıdır. 2015-ci ilin sonlarında o, şahzadə Henrik təqaüdə çıxandan sonra titulundan imtina etmişdi.

Bu açıqlamadan dərhal sonra kral sarayı tələsik bəyan etmişdi ki, şahzadə Henrik inkişaf edən demensiyadan əziyyət çəkir.