Goranboyda ev yandı


Digərləri 16 Fev 2018 09:38:00 269 0

Goranboyda ev yandı

Goranboy rayonu, Xoylu kəndində ümumi sahəsi 225 kvadratmetr olan birmərtəbəli, 3 otaq və aynabənddən ibarət evin tavanı 60 kvadratmetr sahədə yanıb.

Son.az-ın FHN-nin saytına istinadən verdiyi xəbərə görə, evin qalan hissəsi və ona bitişik tövlə yanğından mühafizə olunub.