Ötən gün axtarışda olan 26 nəfər tapılıb və saxlanılıb


Digərləri 16 Fev 2018 09:00:27 268 0

Ötən gün axtarışda olan 26 nəfər tapılıb və saxlanılıb

Ötən gün daxili işlər orqanlarında qeydə alınmış cinayət və hadisələr haqqında statistik məlumat açıqlanıb.

Bakı. Samir Əli - Ötən gün daxili işlər orqanlarında qeydə alınmış cinayət və hadisələr haqqında statistik məlumat açıqlanıb. Trend-ə DİN Mətbuat Xidmətindən verilən məlumata görə, respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində 112 cinayət faktı qeydə alınıb, onların da 23-ü “isti izlər”lə açılıb. Bundan başqa, axtarışda olduğuna görə 26 nəfər saxlanılaraq aidiyyatı üzrə təhvil verilib. Respublikanın avtomobil yollarında isə 1 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 1 nəfər ölüb.