Bakıda fəhlə yarımtikilidə yıxılaraq ölüb


Digərləri 16 Fev 2018 08:33:00 499 0

Bakıda fəhlə yarımtikilidə yıxılaraq ölüb

Fəhlə tikinti işi apararkən qəfil ehtiyyatsızlıqdan hündürlükdən yerə yıxılıb

Bakının Yasamal rayonunda tikinti işləri zamanı bədbəxt hadisə baş verib.

Son.az report.az-a istinadən bildirir ki, hadisə Şaxtaxtinski küçəsində yerləşən yarımtikilidə qeydə alınıb.

1960-cı il təvəllüdlü Yarmətov Hacıağa Abad oğlu tikinti işi apararkən ehtiyatsızlıqdan hündürlükdən yerə yıxılıb. Nəticədə o, hadisə yerində dünyasını dəyişib.