Bakıda qadınlar arasında dava:


Kriminal 16 Fev 2018 08:20:00 462 0

Bakıda qadınlar arasında dava:

Sabunçu rayonunda qonşu qadınlar arasında dava olub. 

Son.az report.az-a istinadən bildirir ki, hadisə Ramana qəsəbəsi, Südçülük Sovxozu kimi tanınan ərazidə baş verib.

1988-ci il təvəllüdlü Ramazanova Mehriban Tofiq qızı qonşusu ilə mübahisə edib. Mübahisə əlbəyaxa dava ilə nəticələnib. Dava zamanı qonşusu M. Ramazanovanın saçından tutaraq onun başını yerə vurub. Nəticədə M.Ramazanova kəllə-beyin travması alıb. O, 3 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib.