"Skayp"ın yeni versiyası uğursuz oldu:


Digərləri 16 Fev 2018 07:28:00 263 0

"Skayp"ın yeni versiyası uğursuz oldu:

"Skayp" mesencerinin son yenilənməsi uğursuz olub. Mütəxəssislər iddia edirlər ki, yeni versiyanın təhlükəsizlik sistemi bərbad vəziyyətdədir.

Son.az xəbər verir ki, iddiaya görə, mesencerin yenilənmə mexanizmində kifayət qədər boşluqlar var. Bu isə istifadəçilərin təhlükəsizliyinin pozulmasına şərait yaradır.

Təhlükəsizlik mütəxəssisi Stefan Kantak da bunu təsdiqləyib. O jurnalistlərə deyib ki, kibercinayətkar DLL kitabxanalarının dəyişdirilməsi metodunun köməyi ilə yeniləmə quraşdırıcısını aldadaraq, lazımi kitabxananın əvəzinə, zərərverici kod tətbiq edə bilər.