Bakıda qadınlar arasında dava olub, gənc qız xəsarət alıb


Sosial 16 Fev 2018 04:55:56 243 0

Bakıda qadınlar arasında dava olub, gənc qız xəsarət alıb

Qonşusu Mehriban Ramazanovanın saçını yolub

Sabunçu rayonunda qonşu qadınlar arasında dava olub. 

"Report"un xəbərinə görə, hadisə Ramana qəsəbəsi, Südçülük Sovxozu kimi tanınan ərazidə baş verib.

1988-ci il təvəllüdlü Ramazanova Mehriban Tofiq qızı qonşusu ilə mübahisə edib. Mübahisə əlbəyaxa dava ilə nəticələnib. Dava zamanı qonşusu M. Ramazanovanın saçından tutaraq onun başını yerə vurub. Nəticədə M.Ramazanova kəllə-beyin travması alıb. O, 3 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib.

Faktla bağlı Sabunçu Rayon Polis İdarəsinə məlumat verilib, araşdırma aparılır.