Ərdoğan Tillersona Ankaranın ABŞ-dan Suriya və İraqla bağlı gözləntilərini çatdırıb


Dünya 16 Fev 2018 04:16:34 270 0

Ərdoğan Tillersona Ankaranın ABŞ-dan Suriya və İraqla bağlı gözləntilərini çatdırıb

Mənbə: Türkiyənin gözləntiləri Amerika tərəfinə açıq şəkildə çatdırıldı

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ-ın dövlət katibi Reks Tillersonla danışıqlarında Birləşmiş Ştatlar rəsmisinə rəsmi Ankaranın Amerikadan Suriya və İraqla bağlı gözləntilərini çatdırıb.

"Report" xəbər verir ki, bu barədə Türkiyə lideri administrasiyasındakı mənbə jurnalistlərə bildirib.

"Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və ABŞ dövlət katibi Reks Tillerson regional problemləri, başlıca olaraq Suriya və İraq məsələsini, həmçinin ikitərəfli münasibətləri və terrorçuluğa qarşı mübarizəni müzakirə etdilər. Türkiyənin gözləntiləri Amerika tərəfinə açıq şəkildə çatdırıldı", - deyə mənbə qeyd edib. 

Ərdoğan və Tillersonun ötən gün baş tutan görüşü 3 saatdan artıq davam edib. ABŞ-ın dövlət katibi Yaxın Şərqə fevralın 11-də başlayan səfəri çərçivəsində Misirdə, Küveytdə, İordaniyada və Livanda olub.

Bu gün Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ilə Tillerson arasında görüş olacaq.