Praqada Xocalı qurbanlarının xatirəsinə həsr olunmuş tədbir keçirilib (FOTO)


Digərləri 16 Fev 2018 04:22:33 314 0

Praqada Xocalı qurbanlarının xatirəsinə həsr olunmuş tədbir keçirilib (FOTO)

Fevralın 15-də Praqanın Luçerna sarayında Xocalı qurbanlarının xatirəsinə həsr olunmuş, Azərbaycan və İsrail müəllifləri Günel Anar qızı, Leyla Cəfərova və Yefim Abramovun “Qara qar çiçəkləri və Qarabağ hekayələri” adlı kitabın təqdimatı keçirilib.

Bakı. Fevralın 15-də Praqanın Luçerna sarayında Xocalı qurbanlarının xatirəsinə həsr olunmuş, Azərbaycan və İsrail müəllifləri Günel Anar qızı, Leyla Cəfərova və Yefim Abramovun “Qara qar çiçəkləri və Qarabağ hekayələri” adlı kitabın təqdimatı keçirilib. Trend-ə Azərbaycanın Praqadakı səfirliyindən verilən məlumata əsasən, gənc musiqiçi Eva Aşumovanın ifasında piano musiqisinin müşayiəti ilə ilk dəfə Çex dilinə tərcümə olunan novelladan parçalar səsləndirilib. Tədbirdə fəxri qonaq qismində Azərbaycan Yazıçılar İttifaqının sədri Anar Rzayev və Lev Spivakın rəhbərliyi ilə İsraildən olan nümayəndə heyəti iştirak edib.