Xərçəngdən sağalan qız


Digərləri 16 Fev 2018 01:30:00 325 0

Xərçəngdən sağalan qız

Bu hadisə bir neçə il əvvəl ABŞ-ın Filadelfiya ştatındakı Filipsburq şəhərində yaşayan Tom və Keri Uaythedlərin ailəsində baş verib. Onkoloqlar onların limfoblastik leykemiya xəstəsi olan 7 yaşlı qızları Emmanı müalicə etməyə çalşsalar da, həkimlərin səyi nəticə verməyib. Lakin valideynləri Emmanı itirmək istəmirdilər...

5 yaşından leykemiya xəstəsi olan Emmanın kəskin limfoblastik leykozunu kimya terapiyası yolu ilə də müalicə etmək mümkün deyildi. Çıxış yolu sayılan onurğa beyninin transplantasiyası üçün də yetərli remissiya yox idi.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, Onkoloji Xəstəliklər Mərkəzində alternativ müalicə yolu seçərək tibb tarixində indiyədək görünməmiş müalicə üsulunu məhz onun üzərində sınaqdan keçiriblər. Qızın bədəninə bir sıra fəaliyyət effektləri zəiflədilmiş HİV/QİÇS virusu yeridilib. Virus Emmanın bədəninə yeridiləndən sonra fəsadlar yarana bilərdi. Əgər 48 saat sonra fəsadlar ifrat dərəcədə ağırlaşsaydı, xəstəni həyata qaytarmaq mümkün olmayacaqdı...

Virus vurulandan sonra qızdırması yüksələn qız koma vəziyyətinə düşüb. Bir müddət sonra onun bədən hərarəti aşağı enməyə başlayıb. Həkimlər CTL019 adlı immun toplusu sistemi vasitəsilə qızın orqanizmindəki limfoblastoma hüceyrələrini təsirsiz vəziyyətə salmağa çalışıblar. Proses zamanı xəstə orqanizmindəki T-limfositlər bir araya gətirilib, onlardan nümunə alınıb və laboratoriya şəraitində CD19 adlı protein əlavə olunandan sonra yenidən xəstəyə vurulub.