Gənc bəstəkarların əsərlərindən ibarət “Gəncliyin səsi” adlı konsert keçirilib (FOTO)


Digərləri 16 Fev 2018 00:33:02 254 0

Gənc bəstəkarların əsərlərindən ibarət “Gəncliyin səsi” adlı konsert keçirilib (FOTO)

14 fevral tarixində Azərbaycan Televiziyasının Mədəniyyət kanalının təşkilatçılığı, Azərbaycan Dövlət Akademik Filarmoniyasının birgə layihəsi olan “Gəncliyin səsi” adlı gənc bəstəkarların əsərlərindən ibarət konsert uğurla baş tutub.

Bakı. 14 fevral tarixində Azərbaycan Televiziyasının Mədəniyyət kanalının təşkilatçılığı, Azərbaycan Dövlət Akademik Filarmoniyasının birgə layihəsi olan “Gəncliyin səsi” adlı gənc bəstəkarların əsərlərindən ibarət konsert uğurla baş tutub. Trend-in məlumatına görə, tədbirdə Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının bəstəkarlıq sinfinin tələbə və məzunlarının əsərlərinin təqdimatı musiqi ictimaiyyəti tərəfindən böyük rəğbət və maraqla qarşılanıb.