Günün qoroskopu: ailə üzvləri ilə mübahisə etməyin


Digərləri 16 Fev 2018 00:01:00 302 0

Günün qoroskopu: ailə üzvləri ilə mübahisə etməyin

Milli.Az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope" və "Astrology"yə istinadən bu günün qoroskopunu təqdim edir

Son.az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope" və "Astrology"yə istinadən bu günün qoroskopunu təqdim edir. 

Qoç - Haqqınızda deyilənlərlə yanaşı, situasiya ilə bağlı dəyərləndirmələrin yer aldığı sözlərə qulaq asın. Əsla gözləmədiyiniz mənbədən xəbər alacaqsınız. Şayiələr sürətlə yayılacaq. Gərəkli məlumatı əldə etmək çətindir.

Günün ikinci yarısında sizi narahat edən problem barədə ailə üzvlərinə danışa bilərsiniz. Axşam saatlarında yolda olsanız, gəvəzə insanın dediklərinə qulaq asmayın. Təxribatlara uymayın.

Buğa - Həmkarlar və işgüzar tərəfdaşlarla tmaslarda kiçik narahatlıqlar yarana bilər. Bununla yanaşı, yaxın ətrafınızdakı insanlarla əlaqələrin üstünlüklərini anlayacaqsınız. Yeni tanışların nöqsanlarını, çatışmayan cəhətlərini görməyi bacarın.

Münasibətləri davam etdirməyə layiq adamı seçin.

Günün ikinci yarısında bəzi adamlardan uzaq durmaq gərəkdir. Ailə həyatında da gərginlik hiss olunacaq. Özünüzlə bağlı dedi-qodu, şayiə eşidəcəksiniz.

Axşam saatları pəhrizə və ya müalicəyə başlamaq üçün münasibdir. Zərərli vərdişlərinizlə mübarizə aparın.

Əkizlər - Yaxın ətrafınızdakı bəzi adamlardan asılı olduğunuzu hiss etmək sizdə emosional problemlər yarada bilər. Kiminləsə mübahisə etməzdən, nəyisə tənqid etməzdən əvvəl deyəcəyiniz sözləri düşünün. İşdə rəhbərliyin qarşısında şərt qoymayın.

Günün ikinci yarısında işgüzar tərəfdaşın təklifini qəbul edin. Ailədə xoş ab-havanı qoruyun. Əhvalınız əməllərinizi müəyyənləşdirəcək.

Axşam saatlarında çox yeməyin.

Xərçəng - Bütün vaxtınızı yarımçıq işlərin tamamlanmasına həsr etsəniz, ümdə məqamı nəzərdən qaçıra bilərsiniz. Yeni layihəyə başlamaq ağırdır. İşdə həmkarlar və ya rəhbərliklə mübahisə etməyin. Tərəfdaşla aqressiv davranmayın. Şərikin təkliflərindən faydalanmaq olar.

Günün ikinci yarısında yaxınlarla ünsiyyət yadlarla təmaslardan daha ağır olacaq. Axşam saatları dostlarla birlikdə istirahət üçün yaxşıdır.

Sirrinizi faş etməyin, mövqelərinizi zəiflətməyin.

Şir - İctimai məqamları ön plana çıxarmayın. Sizi çoxdan bəri narahat edən məsələnin həllini tapmaq üçün maksimum səy göstərin. Ətrafınızdakı insanlardan fərqli olaraq qarşınıza konkret məqsəd qoyun. İllüziyalara qapılmayın, realist olun.

Günün ikinci yarısı romantika zamanı deyil. Arzularla xəyallar gerçəyi üstələməsin. Hiperaktivlik etməyin. Ailə üzvlərinin istəklərini anlamağa can atın. Dəyər verdiyiniz insanın məsləhətindən faydalana bilərsiniz.

Mühüm xəbəri qulaqardına vurmayın.

Qız - Hansısa intriqanın mərkəzində ola bilərsiniz. Dedi-qodu və şayiə yayanlara uymayın, onlara inanmayın. Boş söhbətlərdə iştirak etməyin. Bilavasitə işinizlə bağlı məlumatları əldə etmək üçün bütün sədləri aşmağa cəhd göstərin. Məqsədə aparan yolda irəliləmək üçün inadkar olun.

Günün ikinci yarısında yaxınlarınız və dəyər verdiyiniz insanların dediklərinə qulaq asın. Peşəkar fəaliyyətinizdə yaranmış müvəqqəti çətinliyi ailə üzvləri ilə müzakirə etməyin. Belə sözlər yalnız onların əhvalını korlaya bilər.

Axşam saatlarını çoxdan tanıdığınız insanlarla keçirin.