Şəriətə uyğun dəfn mərasimi necə olmalıdır?


Digərləri 15 Fev 2018 23:55:00 326 0

Şəriətə uyğun dəfn mərasimi necə olmalıdır?

Dəfn mərasimi haqqında səhih hədislərdən bəziləri aşağıdakılardır: Cənazənin dəfn olunması İslama görə cənazə yuyulub kəfənlənməli, onun üçün cənazə namazı qılınmalı və basdırılmalıdır. Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) söyləmişdir: "Cənazəni tez aparın. Əgər o, əməlisalehdirsə siz onu xeyirə qovuşdurursunuz. Yox, əgər əməlisaleh deyilsə onda siz şəri özünüzdən uzaqlaşdırmış olursunuz". (Buxari, 1315). Başqa hədisdə Peyğəmbər (Ona və ailsinə Allahın salavatı və salamı olsun) buyurur: "Cə­na­zəni müşahidə (meyitin yuyulub kəfənlənməsində iştirak etmək) edib namazını qılana bir, (ondan sonra) dəfn olunana qədər onu təqib edənə isə iki qirat qədər savab ya­zılır". Səha­bələr soruşdular: "İki qirat nə qədərdir?" Pey­ğəm­bər (salləllahu aleyhi və səlləm) buyurdu: "İki böyük dağ kimidir". (Buxari, 1325; Muslim, 2186). Başqa rəvayətdə: "Qiratların ən kiçiyi Uhud dağı ki­mi­dir". (Muslim, 2189). Son.az zikr.az-a istinadən bildirir ki, cənazə namazında nə qədər çox adam iştirak etsə, o qədər yaxşıdır. Peyğəmbər (salləllahu aleyhi və səlləm) buyurur: "Hər hansı bir ölmüş müsəlmanın cənazəsini, Allaha şərik qoşmayan qırx nəfər qılarsa, Allah onları ölən üçün mütləq şəfaətçi edər". (Muslim, 948; Əbu Dəvud, 3154). Qəbir necə olmalıdır? Qəbir daşı bir qarış (təqribən 20 sm) hündürlüyündə olmalı, üzərində şəkil, yazı və digər şeylər olmamalıdır. Qəbirstanlıqda qəbir çoxdursa, qarışıq salmamaq üçün daşın üzərinə ad yazmaq olar, amma bundan artıq şeylərin yazılması haramdır. Cabir (Allah ondan razı olsun) belə rəvayət edir: "Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) qəbiri hündür etməyi, qəbirin üzərində oturmağı, tikili tikməyi, qəbiri artırmağı və ya üzərinə yazmağı qadağan etmişdir". (Əbu Dəvud, 3219). Peyğəmbərimiz (Ona vəə ailəsinə Allahın salavatı və salamı olsun) hündür daşlar qoyulmuş qəbristanlıqların yüksək yerlərini qırdırıb. (Muslim, 969). Əbu əl-Həyyəc əl-Əsədi (radıyəllahu anhu) demişdir: "Əlinin (Allah ondan razı olsun) xilafəti zamanında bir gün mənə belə dedi: "Ey Əbul-Həyyəc! Vaxtı ilə Peyğəmbərin (salləllahu aleyhi və səlləm) məni vəzifələndirdiyi bir iş ilə indi mən səni vəzifələndirmək istəyirəm. Get və dağıtmadığın bir timsal (şəkil, büt), yerləbir etmədiyin hündür qəbir buraxma!" (Muslim, 969; Əbu Dəvud, 3218). Qəbirin üzərində məscid tikmək qarağandır. Aişə (Allah ondan razı olsun) Allah Rəsulunun (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) axırıncı xəstəliyi əsnasında belə dediyini bildirib: "Peyğəmbərlərinin qəbrini məbəd halına gətirənlərə Allah lənət etsin...". Aişə (Allah ondan razı olsun) deyir ki, əgər Onun bu sözləri olmasaydı, onun da qəbri kənardan görsənəcək şəkildə düzəldiləcəkdi". (Buxari, 1330, Muslim, 529). Ölüyə Quran oxumaq haqqında Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) və onun səhabələri ölülərə Quran oxumamışlar. Bəzən insanlar ölüyə "Yasin" surəsi oxunur, halbuki "Yasin" surəsində Quranın dirilər üçün olduğu deyilir. Uca Allah buyurur: "Biz ona (Muhəmmədə) şer öyrətmədik, bu ona heç yaraşmaz da. Bu ancaq öyüd-nəsihət və aydın Qurandır ki, diri olanları qorxutsun və kafirlər barəsindəki söz gerçəkləşsin". (Yə Sin, 69-70). Mollaya gəldikdə isə, ölünün yaxınları özləri sadalanan şeyləri edə bilirlərsə, ona ehtiyac yoxdur. Peyğəmbərin (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) və ondan sonrakı nəsillərin dövründə belə olmuşdur. Sovet dövründə dini unutdurmağa çalışdılar, bu səbəbdən insanlar bu şeyləri bilmədikləri üçün molla çağırırdılar. Yas saxlamaq Allah Rəsulu (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) 3 gündən artıq yas saxlamağı və yüksək səslə ağlamağı qadağan etmişdir. Abdullah ibn Cəfər (Allah ondan razı olsun) deyir ki, Peyğəmbər (salləllahu aleyhi və səlləm) Cəfərin (Allah ondan razı olsun) ailəsinə üç gün yas saxlamağa icazə verdi. Sonra onların yanına gəlib dedi: "Bu gündən sonra qardaşımın arxasınca ağlamayın...". (Əbu Dəvud, 4174). Digər hədislərdə isə belə buyurur: "Ölünü tərifləyərək ağlamaq cahiliyyət adətidir". (Buxari). "Üz-gözünə döyən, pal­ta­rı­nın yaxasını cıran və cahiliyyət dövründə deyilən sözləri deyən kimsə biz­dən deyildir". (Buxari, 1294). "Kimin üçün vay-şivən salıb ağlasalar, buna görə ona əzab verilər". (Bu­xari, 1291). "Həqiqətən, ölən adama ailəsinin onun üçün (fəryad edib) ağlamasından dolayı əzab verilir". (Buxari, 1304). Həmçinin ölmüş şəxsin ailəsinin başsağlığı verməyə gələnlərə yemək verməsi dində yoxdur. Əksinə, başqalarının ölmüş şəxsin ailəsinə yemək verməsi barədə hədis var. Abdullah ibn Cəfər (radıyəllahu anhu) deyir ki, Cəfər ölən zaman bəd xəbər gəldikdə Peyğəmbər (salləllahu aleyhi və səlləm) dedi: "Cəfərin ailəsi üçün yemək hazırlayın. Onları məşğul edən hadisə baş vermişdir". (Əbu Dəvud, 3116; Tirmizi, 1003). Yas məclisi özü-özlüyündə heç bir dini əsası olmayan və dində yenilik hesab edilən bidət sayılır. Yas məclisində yemək yeməkdən çəkinmək lazımdır. Amma yas məclisindən gələn yeməyi yemək icazəlidir. Çünki, yeməyin əsli haladır.