Dovğa miqren yaradır


Digərləri 15 Fev 2018 23:40:00 484 0

Dovğa miqren yaradır

Son zamanlar insanlar arasında yayılmış  miqren - güclü baş sıxılması və ağrıları artıq yeniyetmə və uşaqları da əhatə edir.

Miqrenin yaranma səbəbləri müxtəlifdir. Son zamanlar bu siyahıya qida allergiyaları da əlavə olunub. Deməli, miqren həm də allergiya mənşəli ola bilər. Elə ərzaqlar var ki, onları yeyən kimi miqren tutmaları başlayır. Aparılan tədqiqatda uzun illər kəskin miqrendən əziyyət çəkən pasiyentlərin gündəlik qidasından miqren yaradan qidalar çıxarılıb. Artıq 15 gün sonra 80% pasiyentlərdə miqren yoxa çıxıb.

Bu tədqiqatla ən "miqrenoz ərzaqların" siyahısı yaradılıb: -Buğda, ağ un tərkibli yeməklər - 78% pasiyentlərdə miqren yaradırdı -Portağal - 65% şəxslərdə miqreni qıcıqlandırıb -Yumurta - 45 % pasiyentlərdə miqren çağırıb -Tünd çay, qəhvə, şokolad - 40% -də miqren yaradıb -Sonbrakı yerlərdə yağlı mal əti, göbələk və qorox var. Bu məsələdə əsas problem ərzağın özü yox, onlara qatılan əlavə maddələrdir ki, qida sənayesində dad, qoxu, rəng vermək üçün istifadə olunur. Ona görə konservantlı ərzaqlardan uzaq durmaq lazımdır.