Kişilər də uşaq əmizdirə bilərlərmi?


Digərləri 15 Fev 2018 23:35:00 280 0

Kişilər də uşaq əmizdirə bilərlərmi?

"The Guardian" yazır ki, 30 yaşlı transgender qadın tarixdə ilk dəfə olaraq süni yolla yaradılmış laktasiyanın köməyi ilə uşağını əmizdirə bilib.

Həkimlər deyirlər ki, bu təcrübə "sadə, lakin funksional süni laktasiyanın" - südləndirmənin mümkün olduğunu sübut edib.

Bu hadisə barədə məqalə Transgender Health jurnalında dərc olunub.

New York-dakı Mount Sinai xəstəxanasından həkim Tamar Reisman deyib ki, "transgender təbabəti artıq adi bir təbabət sahəsinə çevrilir".

"Biz daha çox məlumat toplayır, daha çox reproduktiv nəticələr əldə edirik" -həkim deyib.

Transgender qadın həkimlərə müraciət edəndə onun yoldaşı 5 aylıq hamilə idi. O həkimlərə demişdi ki, yoldaşı uşağı döşündən əmizdirmək istəmir və buna görə də bu "yükü" o öz üzərinə götürmək istəyir.

Reisman və onun həkim həmkarı Zil Goldstein yazırlar ki, transgender qadın yuxusuzluqdan əzab çəkir, amma qalan məsələlərdə tam normaldır.

Məqalədə deyilir ki, pasient gələcək körpəni əmizdirə bilmək üçün 6 ay hormonal müalicə alsa da, nə cinsiyyətin, nə də döşlərin dəyişdirilməsi cərrahiyəsindən keçməyib.

Reisman və Goldstein hamiləlik yaşamamış bu pasientə sisgender (özünü doğulduğu cinsə mənsub sayan) qadınlarda süni laktasiya yaradılması üçün istifadə edilən metodu tətbiq ediblər.

Pasientə verilən qadın hormonları progesteron və estradiolun dozası tədricən artırılıb, onun döşləri süd sorğacları ilə stimullaşdırılıb və süd vəzlərində südü artırmaq xüsusiyəti olan domperidon preparatı verilib.