Məhkəmə Saday Şəkərlinin azadlığa buraxılması ilə bağlı müraciətini rədd etdi


Digərləri 15 Fev 2018 23:30:17 212 0

Məhkəmə Saday Şəkərlinin azadlığa buraxılması ilə bağlı müraciətini rədd etdi

Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 6 saylı cəzaçəkmə müəssisəsində həbsdə olan, hədə yolu ilə pul tələb etməkdə təqsirləndirilən yazıçı-şair Saday Şəkərlinin vaxtından əvvəl azadlığa buraxılması ilə bağlı müraciətə baxılıb.

Bakı. Samir Əli - Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 6 saylı cəzaçəkmə müəssisəsində həbsdə olan, hədə yolu ilə pul tələb etməkdə təqsirləndirilən yazıçı-şair Saday Şəkərlinin vaxtından əvvəl azadlığa buraxılması ilə bağlı müraciətə baxılıb. Trend-in məlumatına görə, Nizami rayon məhkəməsinin hakimi Mətanət Hacıyevanın sədrliyi ilə keçirilən prosesdə müraciət araşdırılsa da, təmin edilməyib. Hakim bildirib ki, S.Şəkərlinin cəzası Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə azaldılıb və ona görə də təqsirləndirilən şəxs azadlığa buraxıla bilməz.