Pentagondan Türkiyəyə xəbərdarlıq


Dünya 15 Fev 2018 23:25:00 251 0

Pentagondan Türkiyəyə xəbərdarlıq

Pentagonun bildirdiyinə görə, ABŞ Müdafiə naziri Jim Mattis Türkiyəni Suriyada diqqətini yenidən İŞİD-lə mübarizəyə cəmləşdirməyə çağırıb.

Jim Mattis bunu türkiyəli həmkarı Nurettin Canikliyə ötən gün Brüsseldə görüşərkən söyləyib.

Mattis ilə Canikli arasında ikitərəfli danışıqlar NATO-nun Brüsseldə keçirilən alyans ölkələrinin Müdafiə nazirləri sammitinin kuluarlarında baş tutub.

Anadolu Ajansı Türkiyə və ABŞ Müdafiə nazirləri arasında görüşün 50 dəqiqə çəkdiyini qeyd edib.

Görüşlə bağlı ABŞ Müdafiə Nazirliyinin (Pentagon) bəyanatında deyilib ki, Jim Mattis türkiyəli həmkarını "səyləri İŞİD-i məğlub etmək kampaniyasına yönəltməyə və bu terrorçu təşkilatın Suriyada yenidən baş qaldırmasının qarşısını almağa çağırıb".

Bu görüş Ankara ilə Washington arasında münasibətlərin Suriyadakı duruma görə gərginləşdiyi dövrə təsadüf edib.