"Zeytun budağı" əməliyyatı: 7 türk əsgəri yaralanıb


Dünya 15 Fev 2018 23:28:00 343 0

"Zeytun budağı" əməliyyatı: 7 türk əsgəri yaralanıb

Türkiyə Silahlı Qüvvələrinin Azad Suriya Ordusu ilə birlikdə Suriyanın Afrin bölgəsində keçirdiyi "Zeytun budağı" əməliyyatında 7 türk əsgəri yaralanıb.

Son.az "Report"a istinadən bildirir ki, bu barədə Türkiyə Silahlı Qüvvələri məlumat yayıb.

Məlumatda bildirilir ki, əsgərlər iki ayrı silahlı əməliyyatda xəsarət alıblar. Bildirilir ki, "Zeytun budağı" əməliyyatı nəticəsində məhv edilən terrorçuların sayı 1528-ə çatıb.