Kini yaradan amillər. Kini müalicə etmək yolları


Digərləri 15 Fev 2018 23:20:00 427 0

Kini yaradan amillər. Kini müalicə etmək yolları

Kin hələ qədim zamandan insanların qəlbini qaraltmış və bir çox faciəyə səbəb olmuşdur. Bəs kini yaradan amillər hansılardır?

1. Qəlbin xəstə olması. Qəlbi xəstə olan insanlar - adətən o kəslərdir ki, imanları zəif olar. Tədricən nifaqa üz tutarlar. Hətta Peyğəmbərə (s) iman gətirən insanların içində kinli olanların sayı çox idi. Bu da imanın zəifliyindən xəbər verir.

2. Şeytani vəsvəsə. Şeytan (lən) insanın qatı düşməni olduğu üçün daima onu yolundan azdırmağa çalışar. İnsanların arasında təfriqə yayır və qəlblərinə kin toxumlarını səpir.

3. Təhqir və məzəmmət. Əmirəl-möminin (ə) buyurur: "Qardaşının malik olduğu xüsusiyyətlə döz, çoxlu danlama. Çünki bu iş kin gətirər".

4. Söz gəzdirmək. O zaman ki, insan bir başqasından özü haqqında deyilən pis sözləri eşidər, qəlbinə kin toxumları səpilər və həmin insandan intiqam almaq istəyər.

5. Yersiz zarafat. İmam Əli (ə) buyurur: "Zarafatdan çəkinin. Çünki pislik gətirər və yerində kin qoyar. Kiçik təhqir hesab olunar".

6. Mübahisə. Bir nəfər İmam Hüseynə (ə) deyir ki, əyləş və dinlə bağlı səninlə mübahisə edək. İmam ona buyurur: "Ey kişi! Mən dinimi tanıyıram və yolum mənim üçün məlumdur. Əgər sən dininə qarşı cahilsənsə - get və onu axtar. Mənim mübahisə ilə nə işim olar?! Şeytan insanı vəsvəsə edər".