Nə edək ki, həm Allahın və həm də insanların sevimlisi olaq?


Digərləri 15 Fev 2018 22:45:00 368 0

Nə edək ki, həm Allahın və həm də insanların sevimlisi olaq?

Başqaları tərəfindən əziz tutulmaq və sevilmək - insanın fitri ehtiyaclarındandır. Hər bir insan istəyir ki, onu sevsinlər və onu əziz tutsunlar.

Bəs nə edək ki, bizi həm Allah sevsin, həm də insanlar?

Bu məqsədə çatmaq üçün ağıldan yardım almaq lazımdır. Çünki ağıl zülmətli gecələri nurlu səhərlərə çevirə bilir. Əgər hədislərə nəzər salsaq, görərik ki, Məsumlarımız (ə) da bu arzu və istəkdə olmuşdular.

Son.az deyerler.org-a istinadən bildirir ki, İmam Səccad (ə) Allaha belə dua edir: "Allahım! Məni yerində və səmanda məhbub və sevilən qərar ver".

Qurani-Kərimin ayələri bizə söyləyir ki, Allah o kəsləri sevir ki, iman və saleh əməli vardır. Bu iki sifət insanı həm Allahın və həm də xəlqin məhbub edər. "Rəhman olan Allah iman gətirib yaxşı işlər görən kəslər üçün tezliklə (dünya və axirətdə mələklərin və möminlərin qəlblərində) dostluq və məhəbbət yaradacaqdır". ("Məryəm" 96).

Çünki fövqəladə bir cazibəyə malikdir. O kəsi ki, Allah sevər, başqa qəlblər də ona tərəf cəzb olunar. Çünki Allah qəlblərin sahibidir, Muqəllibəl-qulubdur.

İmam Sadiq (ə) buyurur: "Üç şey məhəbbəti ardınca gətirər: dindarlıq, təvazökarlıq, əli və ürəyi açıq olmaq".

İmam Əli (ə) buyurur: "Üç şey məhəbbətə səbəb olar: gözəl əxlaq, yaxşı yoldaşlıq və təvazökarlıq".

Bir nəfər Peyğəmbərdən (s) soruşur ki, hansı şey insanlar arasında məhbub olmağa səbəb olar? Həzrət (s) buyurur: "İnsanların malik olduqlarında gözün olmasın ki, insanların məhbubu olasan".

Allahın və insanların məhbubu olmaq üçün bir neçə tövsiyə: