Xərçəngi məhv edən vaksin tapıldı


Dünya 15 Fev 2018 22:31:00 347 0

Xərçəngi məhv edən vaksin tapıldı

ABŞ-ın Kaliforniya Universitetinin alimləri San-Fransiskoda xərçəng hüceyrələrini öldürən genetik modifikasiya olunmuş virus yaradıblar

ABŞ-ın Kaliforniya Universitetinin alimləri xərçəng hüceyrələrini öldürən genetik modifikasiya olunmuş virus yaradıblar. Bu virus həmçinin şişlərə qarşı immun reaksiyasını da stimullaşdırır.

Son.az Sputnik Azərbaycan-a istinadən bildirir ki, bu barədə "MedicalXpess"-in press-relizində qeyd edilib.

Pexa-Vec adlandırılan onkolotik virus vaksiniya virusunun dəyişdirilmiş versiyasıdır. Ona immun hüceyrələrin böyüməsini stimullaşdıran kiçik peptid molekulunu kodlaşdıran gen əlavə edilib.

Bununla yanaşı, timidinkinaz geni virusdan çıxarılıb, nəticədə infeksiya agenti yalnız xüsusi genlər olan RAS və p53-də mutasiyalar səbəbindən kinazın səviyyəsinin yüksək olduğu xərçəng hüceyrələrində çoxalmağa qadirdir.

Məlum olub ki, Pexa-Vec bədxassəli şişləri qidalandıran qan damarlarının böyüməsini məhdudlaşdırır.