Ermənistan “Geokosmos”u: Daxilə hesablanmış


Dünya 15 Fev 2018 22:33:00 335 0

Ermənistan “Geokosmos”u: Daxilə hesablanmış

Ermənistanın hansısa ölkə ilə hökumətlərarası sazişlərində kosmik kəşfiyyat sahəsində əməkdaşlığa dair söz belə yoxdur

Bəzi xarici mətbuat orqanları və demək olar ki, bütün erməni mediası Ermənistan hökumətinin yeni yaranmış "Geokosmos" QSC-yə 625 min dollar ayırması barədə xəbər yayıb. Bu məbləğ əvvəllər haqqında heç kimin eşitmədiyi "qəbul stansiyasının proqram-texniki kompleksinin modernləşdirilməsi və işlək vəziyyətə gətiriləsi" üçün ayrılıb.

Son.az Sputnik Azərbaycan-a istinadən bildirir ki, Tərəqqiyə Yardım Amerika-Azərbaycan Fondunun baş eksperti Aleksey Sinitsınla müsahibəni təqdim edir:

- Bu gözlənilməz informasiya sızdırılmasının arxasında nə dayanır?

- Bu adi dezinformasiyadır. Həm də elə savadsızcasına hazırlanıb ki, onu ifşa etmək də problem deyil. Gəlin, əvvəlcə özümüzə sual verək - nə vaxt və harada hərbçilər kəşfiyyat bölməsini mülki şirkət kimi "işlədəndə" bu barədə bütün dünyaya xəbər veriblər? Bizim halda söhbət "Geokosmos" QSC-dən gedir.

ARAYIŞ: Erməniyönümlü REGNUM informasiya agentliyinin bir müddət əvvəl yaydığı xəbərə görə, "bəzi müşahidəçilərin fikrincə, Ermənistan silahlı qüvvələri yalnız Rusiya və KTMT üzvü olan ölkələrin deyil, başqa dövlətlərə məxsus peyklərdən də məlumat ala biləcəklər ".

Niyə Ermənistana simpatiyasını gizlətməyən REGNUM İA ümumiyyətlə Ermənistan silahlı qüvvələri tərəfindən kosmosdan informasiya alınmasının texnologiyasını açıqlayır? Agentlik Azərbaycan ordusuna hərbçilərin sözü ilə desək "hərbi texnika və sursatın kosmik kəşfiyyatdan şəhər, bitki və qrunt  fonunda  görünməmək üçün maskalanmağı" məsləhət görür? Bu ki absurddur.

Yeri gəlmişkən, niyə necə deyərlər erməni dili kultunun olduğu bir ölkədə yeni müəssisəyə "Geokosmos" adı verilib? Niyə ermənicə "kosmos" mənasını verən "taratsutyun" sözündən istifadə edilmir? Cavab yalnız bir ola bilər - müəssisə yalnız əcnəbi mülki təyinatlı şirkətlərlə əməkdaşlıq edəcək. Güman edirəm ki, "Geokosmos"un qəbuledici stansiyasının modernləşdirilməsi üçün 625 min dollar hansısa əcnəbi bankdan götürüləcək.

- Bəs Ermənistanda qəbuledici kosmik stansiya haradan əmələ gəlib?

- Güman etmək olar ki, bu Rusiyanın keçən il bağlanmış "Geokosmos" şirkətinin qalığıdır. Onu 1993-cü ildə rusiyalı biznesmen Sergey Melnikov yaradıb. Onun "Geokosmos"u əvvəlcə ABŞ-ın GeoEye şirkəti ilə hansısa işgüzar əlaqələrə malik idi. Bu şirkətin özünün GeoEye-1 peyki var idi. Yeri gəlmişkən, onun aparatları heç cür hərbi peyklər standartına uyğun gəlmirdi. Lakin amerikalılar rəqabətə davam gətirməyərək DigitalGlobe şirkəti tərəfindən sıradan çıxarıldılar. Bu şirkətlə isə Melnikovun əməkdaşlığı alınmadı.

2012-ci ildən "Geokosmos" peyk monitorinqi bazarından gedib, sonra isə ümumiyyətlə fəaliyyətini dayandırıb. İstənilən halda əgər qəbuledici stansiyanın bərpasına yarım milyon dollardan çox vəsait tələb olunursa, demək o tamamilə dağılmış vəziyyətdədir.

- Lakin tutaq ki, erməni mütəxəssislər qəbuledici stansiyanı normal hala gətirə bildilər. Onda onlar Rusiya Hərbi-Kosmik Qüvvələrindən və ya Qərb ölkələrindən görüntülər ala biləcəklər?