Təbriz universitetində ana dili aksiyası


Dünya 15 Fev 2018 22:35:00 380 0

Təbriz universitetində ana dili aksiyası

Təbrizdə Şahid Mədəni Azərbaycan Universitetinin tələbələri "ana dilində təhsil tələbi ilə etiraz aksiyası keçirib", iranlı fəal deyir.

Kanadada yaşayan İran azərbaycanlısı, hüquq müdafiəçisi Vahid Qarabağlı BBC Azərbaycancaya deyib ki, həftənin çərşənbə axşamı universitetin foyesinə toplaşan tələbələr məktəblərdə ana dilində tədris olmasını tələb ediblər.

"Bu tələb İran Azərbaycanında İslam inqilabından sonra aktuallaşıb. İranda yaşayan azərbaycanlılar öz ana dillərində təhsil almaq istəyirlər", o əlavə edib.

Vahid Qarabağlı deyir ki, indiki İran prezidenti Həsən Ruhaninin vədləri arasında İranda yaşayan etnik xalqların öz dilində təhsil ala biləcəklərini və onların mədəniyyətlərinin qoruyub inkişaf etməsinə diqqət ayrılacağı da vardı:

"Ona görə də aksiyada şüarlardan biri də bu idi ki, "Ruhani, Ruhani, vədlərin hanı?"