İsrail alimlərindən araşdırma: İnsan öz xəttinə görə...


Digərləri 15 Fev 2018 22:24:00 301 0

İsrail alimlərindən araşdırma: İnsan öz xəttinə görə...

Hayfa Universitetinin məlumatına görə, İsrail alimləri insanın əhval-ruhiyyəsinin onun xəttinə təsirini müəyyən ediblər. Bu, öz növbəsində emosional dəyişikliklərin aşkar edilməsində də istifadə oluna bilər.

Son.az axar.az-a istinadən bildirir ki, professor Sara Rozenblyumun bu kəşfi onun xətlə bağlı Parkinson xəstəliyinin əlamətlərini aşkar etməyi öyrəndiyi və insanın yalan yaxud doğru danışdığını müəyyən etdiyi əvvəlki tədqiqatlarının davamıdır.

Yeni tədqiqatlar sərbəst olaraq üç qrupa bölünmüş 62 insan üzərində aparılıb. Alimlər onların hər birində müəyyən edilmiş müsbət mənfi və neytral əhval-ruhiyyə yaratmağa çalışıblar. Sonra iştirakçılardan xətdəki azacıq dəyişiklikləri belə qeydə alan kompüterləşdirilmiş sistemin köməyi ilə ivrit mətninin paraqrafını yazmağı xahiş ediblər.