Bəndəlik, ancaq Allah qarşısında rəvadır


Digərləri 15 Fev 2018 22:10:00 327 0

Bəndəlik, ancaq Allah qarşısında rəvadır

"(Pərvərdigara!) Yalnız Sənə ibadət edir və yalnız Səndən kömək diləyirik".("Fatihə" 5).

İnsan gərək əqli bürhan əsasında Allah bəndəliyini qəbul etsin. Biz insanlar kamala çatmağa aşıqıq. Ona görə də tərbiyə olmağa və inkişaf etməyə ehtiyacımız vardır. Allah bütün kamal sifətlərin mənbəyidir və bütün varlıq aləminin Rəbbidir.

Əgər mehr və məhəbbətə ehtiyacımız vardırsa, O, mehriban və rəhimdir.

Son.az deyerler.org-a istinadən bildirir ki, əgər uzaq gələcəkdən nigaranıqsa, O, ixtiyar sahibi və Qiyamət gününün malikidir.

Bəs niyə başqalarının sorağına gedirik? Ağlımız bizə hökm edir ki, ancaq Ona pərəstiş edək və Ondan yardım istəyək, nəinki özümüz kimi ehtiyac içində olan bəndələrdən.

İnsan sanki namazda bütün namaz qılanların nümayəndəsi kimi deyər: "Allahım! Biz hamımız Sənin bəndənik və hamımız Sənin lütfünə möhtacıq. Allahım! Bizim Səndən başqa kimsəmiz yoxdur. Ancaq Sənin bizdən savayı bəndələrin çoxdur. Yerdə və göydə olanların hamısı Sənin bəndəndir və Rəhman olan Allaha itaət edirlər".

"Göylərdə və yerdə olanların hamısı (qeyri-ixtiyari şəkildə) istisnasız, Rəhman olan Allahın qarşısında bəndə(lik əlaməti)olaraq baş əyərlər". ("Məryəm" 93).

Yuxarıdakı ayədən çıxartdığımız nəticələr: